"Sabah" klubunun futbolçusu Kamran Quliyev üçün Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirilən oyun (3:0) əlamətdar olub.

Offsideplus.az "tələbələr"in rəsmi saytına istinadən xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib. Belə ki, matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana daxil olan Kamran, oyuna əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək görüşdə son nöqtəni qoyub (3:0).

Qeyd edək ki, cari mövsümdə “Sabah-2″nin heyətində 6 qola imza atan Quliyev, I Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.