Danimarka yığmasının və İtaliyanın "İnter" komandasının futbolçusu Kristian Eriksen topla məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Odense" klubunun gənclər komandasında hazırlıq keçir.
Xatırladaq ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. O, 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra xəstəxanaya aparılıb və səhhəti nisbətən stabilləşdirilib.