DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşan İrlandiya yığmasının baş məşqçisi Stiven Kenniyə təzyiqlər çoxalıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb irlandların seçməmizə qarşı sərgilədiyi oyun və 1:1 hesablı bərabərliyə razılaşmasıdır. Belə ki, bu nəticədən narazı olan İrlandiya futbol camiəsi 49 yaşlı mütəxəssisin işinə xitam verilməsini tələb edir.
Onun əvəzinə yığmanın "sükanı arxasına" Rey Hautonun gətirilməsi gözlənilir.
Qeyd edək ki, Kenni ötən ildən İrlandiya millisini çalışdırır.