"Minay" klubu Ukrayna Premyer Liqasına geri dönüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi komanda yenidən Premyer Liqaya qayıdıb. Belə ki, klub maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən "Olimpik"i əvəzləyib.
Qeyd edək ki, ötən mövsüm turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Minay" Ukraynanın TOP liqasını tərk etmişdi. Millimizin digər üzvü Anatoli Nuriyev aşağı liqaya düşməsinə görə "Minay"la vidalaşmışdı.