Amerika kubokunun yarımfinal mərhələsində Argentina yığması Kolumbiya millisini penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, bununla da Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 19-a çatdırıb. Bu, milli komanda tarixində ən yaxşı ikinci nəticədir. Daha əvvəlki ən yaxşı nəticə 2000-2002-ci illərdə 18 matçda qeydə alınıb.
Bu göstəricidə komandanın ən yaxşı nəticəsi 1991-1993-cü illərdə olub. Həmin vaxt komanda ardıcıl 31 oyun məğlubiyyət yaşamayıb.
Finala vəsiqə qazanan Argentina həlledici matçda Braziliya ilə qarşılaşacaq.