Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo Avro-2020 oyunu çərçivəsində Finlandiya ilə matçda huşunu itirərək yıxılan, daha sonra xəstəxanaya aparılan Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Eriksenə dəstək olub.

Offsideplus.az xəbər verir ki, o, bununla bağlı özünün şəxsi "İnstaqram" səhifəsində yazıb:

“Düşüncələrimiz və dualarımız Kristian Eriksen və ailəsi ilədir. Futbol dünyası xoş xəbər ümidi ilə birləşir.

Tezliklə meydanda görüşməyi səbirsizliklə gözləyirəm Kris! Güclü olun!".