“Qəbələ” klubu U-17 kubokunu qazanıb.

Offsideplus.az xəbər verir ki, əyalət təmsilçisi bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb. Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2.

Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin çalışdırdığı "Qəbələ" 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim edilib.