Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz -  Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda səfərdə "Lvov"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. 

Azərbaycanlı futbolçular bu görüşün iştirakçısı olublar. Millimizin üzvü Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm də 90 dəqiqə meydanda olub.