Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir maraqlı açıqlama ilə çıxış edib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri azərbaycanlı futbolçuların Türkiyə çempionatlarında oynamasını arzuladığını bildirib:
“Azərbaycanlı qardaşlarımızın Türkiyə çempionatlarında oynamasını arzulayırıq. Dövlətlərimiz arasında razılaşma olarsa, bəlkə, azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq. Onları yerli çempionatlarda da legioner kimi yox, türk futbolçular kimi oynadarıq”.