Ruminyalı baş məşqçi Mirça Luçesku Avropa Super Liqa layihəsinin futbolun ruhuna tərs olduğunu deyib.

Offsideplus.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı baş məşqçi yeni yaradılan liqa barədə danışıb:

"Super Liqanın təməlində Amerikaya elədiklərini Avropaya eləmək istəyən amerikalılar vardır. Orda qazanılan pullar səhmdarlara çatacaq. Bunun bir idman olduğun unudurlar. Bu oyun İngiltərədə işçilərin idmanı olaraq başladı və hər keçən gün böyüdü. Futbolun gözəlliyi zəif komandaların böyük komandalarla oynamasıdır. Bu lahiyə digər ölkələrin inkişafının qarşısını alacaq.Ora gedib çatmayan ölkələr var. Bu lahiyə futbolun ruhuna tərsdir. Klublara maliyyə cəhətdən heç bir xeyir qazandırmayacaq".

Qeyd edək ki, Luçesku hazırda Kiyev "Dinamo"sunun baş məşqçisidir.