UEFA koronavirus pandemiyası dövründə 55 milli assosiasiyasının keçirdiyi yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.
Offsideplus.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsnin yeni qaydasına əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.
Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadion tutumunun 30 faizi miqdarında matçlara azarkeş buraxılmasına icazə vermişdi.