Uruqvaylı hücumçu Sebastyan Abreu karyerasında 31-ci klubla anlaşıb.
Offsideplus.az xəbər verir ki, 44 yaşlı forvard Uruqvayın ikinci divizion təmsilçisi "Sud Amerika" ilə müqavilə bağlayıb. Təcrübəli futbolçunun karyerasını bitirmək fikrində olmadığını nəzərə alsaq, say artımı qaçılmazdır.
Abreu Avropa klublarından "Deportivo", "Real Sosyedad", "Aris" və "Beytar"ın formasını geyinibsə, Latın Amerikasında "Qremio", "Nasyonal", "River Pleyt", "Botafoqo" və digər komandaların uğurları üçün tər töküb.
Qeyd edək ki, tanınmış hücumçu heyətində 70 oyunda 26 qol vurduğu Uruqvay millisi ilə 2011-ci ildə Amerika Kubokunun sahibi, DÇ-2010-nun yarımfinalçısı olub. 2002-ci ildəki dünya çempionatında iştirak etdiyini də maraq üçün xatırladaq.