DÇ-2022-nin seçmə mərhələsində baş tutan Gürcüstan - İspaniya oyununda (1:2) Xviça Kvaratsxeliya diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, ev sahiblərinin yeganə qolunun müəllifi olan 20 yaşlı vingerə ispanların baş məşqçisi Luis Enrike tərif yağdırıb:
“Xviça gəncdir, amma artıq yüksək səviyyəli oyunçudur. Əgər belə davam etsə, onu böyük gələcək gözləyir”.
Qeyd edək ki, Xviça Kvaratsxeliya vaxtilə “Kəpəz”, “Şəmkir” və Azərbaycan millisinin formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.