Peru yığmasının sabiq futbolçusu Cefferson Farfanın yeni komandası bəlli olub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı forvard karyerasını ölkəsinin "Alyans Lima" klubunda davam etdirəcək. Onunla  2022-ci ilin sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Farfan “Alyans Lima” klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib.