Gürcüstan çempionatında 7-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Nicat Qurbanovun şərəfini qoruduğu “Samtrediya” da növbəti oyununa çıxıb.

Klub doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Qurbanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.