Futbol üzrə Qazaxıstan çempionatı koronavirus pandemiyasına görə yenidən dayandırılıb.

Offsideplus.az xəbər verir ki, qonşu ölkə ərazisində pandemiyaya yoluxma sayı artmağa başladığına görə iyulun 5-dən etibarən 14 günlük karantin rejimi tətbiq olunacağı bildirilib.

Tətbiq olunan qadağalar arasında idman yarışlarının keçirilməsi də var. Buna görə də Qazaxıstan çempionatında da azı iki həftəlik fasilə yaranıb. Lakin bu fasilənin müddəti uzadıla da bilər.