Futbol üzrə Gürcüstan Yüksək Liqasında 3-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə “Dila” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1. Nicat start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Samtredia” 4 xalla 10 komanda arasında 4-cüdür.