Argentinanın "Boka Xuniors" klubunun ulduz futbolçusu Karlos Teves vida oyununda Kristiano Ronaldo və Lionel Messinin eyni komandada oynamasını istəyir.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu müqaviləsi bitdikdən sonra karyerasını başa vuracağını ya da, əvvəllər çıxış etdiyi "Vest Hem" və "Korintians" klublarından birinə gedəcəyini bildirib.
Futbolçunun ən böyük arzusu isə karyerasını başa vuracağı təqdirdə, vaxtilə birgə oynadığı ulduz oyunçuları eyni komandaya toplamaqdır.
"Vida matçımda ilk "11-liy"i müəyyənləşdirmişəm. Canluici Buffon, Huqo İbarra, Rio Ferdinand, Qabriel Haynze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştiano Ronaldo, Lionel Messi və Ueyn Runi. Karyeramı bitirsəm, bu oyunçulara eyni komandada oynamağı təklif edəcəyəm".