Özbəkistanın futbol çempionatının taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, çempionat davam etdiriləcək. 

Komandalara sağlamlıq və gigiyena qaydalarına əməl etmək şərti ilə məşqlərə başlamağa icazə verilib. Açıqlamada, oyunların iyunun 5-dən bərpa olunmasının planlaşdırıldığı bildirilib.  Çempionatın bərpa vaxtının yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.