Kolumbiyanın "Deportivo" klubunun üzvü Deybert Frans Roman Quzman koronavirusda dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Aşağı liqa təmsilçisinin 25 yaşlı üzvünün atası və əmisi də eyni səbəbdən həyatlarını itiriblər.

Qeyd edək ki, Roman Quzman Boliviyada pandemiyanın ocağı hesab edilən Beni şəhərində yaşayırdı.