Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilib-keçirilməyəcəyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Yaponiyanın İqtisadi bərpa naziri Yasutoşi Nişimura parlamentdəki çıxışı zamanı oyunlara hazırlaşdıqlarını bildirib:

"Oyunların taleyi ilə bağlı qərarın oktyabrda veriləcəyi barədə heç bir söhbət yoxdur. Yaponiya gələn il təşkil olunacaq turnirə hazırlaşır və bunun üçün bütün səyləri göstərəcək".

Qeyd edək ki, Tokio olimpiadası koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.