Niderlandın “Feyenoord” klubunun keçmiş baş məşqçisi Yaap Stamın yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis ABŞ-da çalışacaq. O, MLS liqasında çıxış edən “Cincinnati” ilə anlaşıb.
“Feyenoord”da köməkçisi olan Said Bakkatinin də Stamla birgə çalışacağı bildirilib.