Cənubi Koreya çempionatında 2020/21 mövsümünə bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış turunun ilk oyununda “Jeonbuk” öz meydanında “Suvon Bluvinqs”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 84-cü dəqiqədə Lii Donq-Quuk rəqib qapısından keçirib.
Turun qalan görüşləri mayın 9-10-da keçiriləcək. Hələlik, oyunlara azarkeş buraxılmır.