İsveçrə koronavirus pandemiyasının yaratdığı iqtisadi krizis səbəbindən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan hokkey üzrə dünya çempionatının təxirə salınması fikrindən imtina edib.

Offsideplus.az xəbər verir ki, bu barədə mayın 1-də Beynəlxalq Buz Hokkeyi Federasiyasının rəsmi saytı məlumat yayıb.

İsveçrə bir neçə ildən sonra da dünya çempionatına ev sahibliyi etmək niyyətindədir. Milli Hokkey Federasiyası yaxın gələcəkdə turnir üçün müraciət barədə qərar verməyi planlaşdırır. Hazırda 2025-ci ilə qədər çempionatların keçiriləcəyi yerlər müəyyənləşib.

Təqvimə əsasən, gələn il dünya çempionatı Minskdə və Riqada keçiriləcək.