COVİD-19 epidemiyasına görə dayandırılan Qazaxıstan çempionatında mövsüm davam etdiriləcək.
Offsideplus.az xəbər verir ki, Qazaxıstan Peşəkar Futbol Liqasının yerli klubların rəhbərləri ilə videokonfransında təhlükəsizlik msələlərinə diqqət etmək şərtilə çempionatın mərhələli şəkildə bərpa olunması müzakirə edilib.
Oyunların iyundan başlanacağı və azarkeşsiz keçiriləcəyi bildirilib. Çempionata noyabradək yekun vurulması planlaşdırılır.