Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, o, Ekvador Futbol Federasiyasının Direktorlar Şurasının qərarıyla vəzifəsindən qovulub. Buna səbəb, prezidentin iş qaydalarını pozması olub.
Qeyd edək ki, Eqas, 2019-cu ildən Ekvador Futbol Federasiyasına rəhbərlik edirdi.