“Dinamo"nun(Kiyev) keçmiş futbolçusu Aleksandr Əliyev koronavirus testdən keçib.
Offsideplus.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü şəxsi "İnstagram" hesabında məlumat verib. O, hamımın koronavirusa yoluxduğunu düşündüyünü bildirib:
“Koronavirus testi verdim, dedilər nəticələri gözləyin. Öskürürəm, axşamlar temperaturum 36,9-a yüksəlir. Mənə elə gəlir ki, hamımız koronavirusa yoluxmuşuq”.