"Neftçi"nin sabiq futbolçusu İqnasio Errera ölkəsinin mətbuatına Azərbaycan Premyer Liqasında çıxış etdiyi dönəmdən danışıb.
Offsideplus.az xəbər verir ki, çilili oyunçu burada oynamağın yaxşı təcrübə qazandığını söyləyib:
"İstəsəydim, evimin yanında olan bir klubda 10 il oynayardım. Şərtlər məni ekzotik ölkələrə apardı. Məncə, xaricə yollanmaq həyatımın ən yaxşı qərarı id. Qazaxıstan və Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım, olduğum yerlərdə insanların sevgisini qazandım. Bunların mənə qazandırdığı mədəniyyət təcrübəsi inanılmazdı. Bu, futbol oynamaqdan və davamlılığı təmin etməkdən yaxşıdı".
Qeyd edək ki, hazırda Ekvadorun "Musuk Runa" kubunda oynayan İqnasio 2017-2018-ci illərdə "Neftçi"də çıxış edib.