Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” doğma meydanda Limassol “Apollon”u ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb.

Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 41-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması aprelin 11-də keçiriləcək.