Futbol üzrə Avstraliya A Liqasında maraqlı epizod yaşanıb.

 Offsideplus.az xəbər verir ki, "Brizban Roa" - "Vestern Yunayted" matçının əsas vaxtı meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Hakim oyuna 5 dəqiqə əlavə edib. 92-ci dəqiqədə "Brizban"ın qapıçısı Yanyetoviç vaxt uzatmaq istəyərkən, topu saxlaya bilməyib. Rəqib künc zərbəsindən sonra hesabı bərabərləşdirib - 2:2.