Bakının “Məhsul” stadionu təmir gedir.

Offsideplus.az xəbər verir ki, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.

Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Ərazidə yaşayanlar stadionun yerində bina tikiləcəyini iddia ediblər. Yasamal Rayon İcra Hakimiyyəti bu iddiaların əsassız olduğunu bildirib. Stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə “Məhsul” stadionunda əsaslı təmir işləri görüldüyü diqqətə çatdırılıb.