Türkiyədə hazırlığını davam etdirən "Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.
Offsideplus.az xəbər verir ki, komanda bu gün iki dəfə məşqə çıxıb. Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub.
Qeyd edək ki, sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın "LKS Lodz” klubu ilə qarşılaşmış "Neftçi” ayın 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubları ilə üz-üzə gələcək.