Yaponiyanın "Yokohama" klubu 52 yaşlı futbolçusu Kazuyoşi Miura ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, klub əfsanəvi oyunçusu ilə  müqavilənin müddətini uzadıb.

Beləliklə, Miura komandasında 26-cı mövsümünə start verəcək. 

Qeyd edək ki, 1993-cü ildə Yaponiya 1-ci liqasının ən yaxşı futbolçusu seçilən Miura ümumilikdə karyerasında 35-ci mövsümünü yaşayacaq.