Roman Qriqorçuk  Qazaxıstanın “Astana” klubunun baş məşqçisi postundan ilin sonunda komandadan ayrılacağı iddia olunur.

Offsideplus.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, “Astana” rəhbərliyinin daha bir illik müqaviləsi olan Qriqorçukun təzminat məsələsini həll etdikdən sonra onunla anlaşmaya xitam veriləcək.

“Astana” bu mövsüm 69 xalla Qazaxıstan çempionu olub.

Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.