Həmyerlimiz Nicat Qurbanov “Samtredia” klubunun heyətində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Gürcüstanın 1-ci liqasında mübarizə aparan klub “Sioni” ilə keçirilən pley-off mərhələsinin cavab oyununda 4:1 hesablı qələbə qazanıb. İlk oyunda 0:0 hesablı bərabərliyə razılaşan “Samtredia” bu qələbə sayəsində yüksək liqaya vəsiqə qazanıb.

Nicat bu oyunda 38 və 71-ci dəqiqələrdə qol vurub. 27 yaşlı futbolçu Gürcüstan I liqasında qol sayını 8-ə yüksəldib.

Daşqın Əziz