Fransız futbolçuya ağır cəza verilib.
Offsideplus.az Fanat.az-a istinadən xəbər verir ki, son olaraq Türkiyənin "Antalyaspor" klubunda çıxış edən Samir Nasri UEFA tərəfindən cəzalandırılıb.
Dopinqdən istifadə etdiyi müəyyənləşən fransız futbolçu 6 ay futboldan kənarlaşdırılıb.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin yaydığı açıqlamada "Samir Nasri Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında yer alan maddədən istifadə etdiyi üçün cəzalandırılıb" deyilir.
Beynəlxalq İdman Arbitaj Məhkəməsi (CAS) Samir Nasrinin UEFA tərəfindən haqqında aparılan dopinqlə bağlı araşdırmaya etirazını rədd etmişdi. Samir Nasridə 2016-cı ildə dopinq aşkarlanmışdı. Futbolçu keçmişdə istifadə etdiyi maddənin müalicə əhəmiyyəti daşıdığını və buna görə cəzalandırılmamasını tələb etmişdi.
Qeyd edək ki, Samir Nasri karyerası ərzində Fransanın "Marsel", İngiltərənin "Arsenal", Mançester Siti", İspaniyanın "Sevilya" və Türkiyənin "Antalyaspor" klublarında oynayıb. Fransa millisində 41 oyun keçirən 30 yaşlı yarımmüdafiəçi 5 qol vurub.