Hazırda Bakının “Səbail” komandasında çıxış edən Maykl Essyen UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində Bakıda işgüzar səfərdə olan “Çelsi” klubunun katibi Devid Bernardla görüşüb.
Offsideplus.az xəbər verir ki, 2005 – 2012-ci illərdə London təmsilçisinin formasını geyinmiş qanalı yarımmüdafiəçi “Instagram” hesabında “zadəganlar”ın həm də futbol direktoru olan funksionerlə şəklini paylaşıb. “Mənim yaxınım cənab Bernardla birgə “Çelsi” ailəsini Bakıda görmək xoşdur. Uşaqlar, sizi yenə gözləyirik” deyə Essyen yazıb.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.