Şotlandiya milli komandasının yeni baş məşqçisi məlumdur.

Offsideplus.az xəbər verir ki, 2017-ci ilin oktyabrında millidən göndərilən Qordan Straçanın yerinə Aleks Makliş gətirilib.

59 yaşlı mütəxəssislə 2020-ci ilədək müqavilə bağlanılacaq.

Qeyd edək ki, onun son iş yeri Misirin “Zamalek” klubu olub.

Mənbə: Goal.az