"Maynz" klubunun prezidenti Stefan Hofmann Almaniya mətbuatına açıqlamasında UEFA -nın qarşıdakı illərdə tətbiq edəcəyi yeniliklərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, gənc klub rəhbəri bəzi format dəyişikliklərinin mənasız olduğunu bildirib. O, 2021/22 mövsümündən başlayacaq Avropa Liqası-2-də Azərbaycan kimi ölkələrin komandaları ilə oynamağın faydasız oldununu qeyd edib:
"Avropa Liqası-2 bizə lazımdırmı? Mən buna ehtiyac görmürəm. Daxili çempionatda 7-ci yer uğrunda mübarizə aparmalısan ki, 2-ci və ya 3-cü təsnifat mərhələsində Azərbaycan, Qazaxıstan kimi ölkələrin klubları ilə qarşılaşasan. Bunu əlavə üstünlük saymıram. Bu ölkələrin klublarına qarşı oynamaq bir fayda verməz.
Dünya çempionatında 48 komanda iştirak edəcək və Çempionlar Liqasının formatı dəyişəcək. Bu sistemlərin uğurlu olub-olmadığını zaman göstərəcək. Mənim fikrimcə, bunlara gərək yoxdur. Düşünürəm, oyunlarda azarkeş coşğusu itəcək, onlar bu qarşılaşmalardan sıxılacaq".
Xatırladaq ki, "Maynz" Avroliqanın 2016-2017 mövsümündə "Qəbələ" ilə eyni qrupda mübarizə aparıb və hər 2 klub qrupdan çıxa bilməyib.