UEFA prezidenti Aleksander Çeferin oyunlar zamanı irqçilik hallarının artmasına münasibət bildirib.
Offsideplus.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sloveniyalı funksioner son dövrlər baş verən bir sıra insidentlərdən sonra hakimlərlə yenidən danışacaqlarını və onlara daha qətiyyətli olmağı tapşıracaqlarını deyib: ““Referilər iqrçilik halları baş verən zaman oyunu dayandırmalıdırlar. İrqçilik dözümsüzlüyünü nümayiş etdirənlər azlıq təşkil etsələr də, onların səsi yüksək çıxır. Azarkeşlərin əksəriyyəti də bu cür hallardan narazıdırlar”.