Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib. 

Offsideplus.az-ın məlumatına görə, ukraynalı mütəxəssis deyib ki, 29 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfslənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram".

Qeyd edək ki, Riçard Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a 1 illik icarə əsasında qayıdıb. (Report)