Yaponiya yığmasının sabiq üzvü Kazuyoşi Miura "Yokohama" ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, fevralın 26-ı 52 yaşı olacaq "Kral" ləqəbli Miura daha bir il Yaponiyanın ikinci liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, futbol tarixinin oynayan ən yaşlı oyunçusu olan hücumçu kareyrasında 34-cü mövsümünü keçirəcək.