Ukraynanın ağır çəkili boksçusu Pyotr Oçeretyanıy ölkə prezidenti Petro Poroşenkonun mühafizəçisi Vasili Xmelyuku öldürüb.

Offsideplus.az xəbər verir ki, hadisə onların arasında yaranan mübahisədən sonra baş verib. Vasili avtomobillə yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla hansısa səbəbdən mübahisə edib. Bu zaman boksçu onun başına yumruqla vurub. Zərbənin təsirindən yerə yıxılan prezidentin mühafizəçisi hadisə yerində ölüb. 
Həbs olunan Oçeretyanıyı 15 ilədək həbs cəzası gözləyir.