İspaniyalı ulduz futbolçu David Vilyanın yeni komandasının adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, “Nyu-York Siti”nin hücumçusu karyerasını Yaponiyada davam etdirəcək.

Belə ki, Vilya “Vissel Kobe” ilə anlaşıb. Veteran hücumçu “Barselona”da çiyin-çiyinə oynadığı Andres İnyesta ilə yenidən komanda yoldaşı olacaq. Həmçinin almaniyalı Lukas Podolski də “Vissel Kobe”də çıxış edir.

Qeyd edək ki, David Vilya 2014-cü ildən bəri formasını geyindiyi “Nyu-York Siti”nin heyətində 124 oyun keçirib, 80 qola imza atıb.(matc.az)