Almaniyanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Liza Tomsen evlənib.
Offsideplus.az xəbər verir ki, o, həmcinsi olan xanımla ailə həyatı qurub. Onlar uzun illər əvvəl bir məclisdə tanış olub və bu müddətə sevgili olublar. İndi isə münasibətlərini rəsmilləşdiriblər.
Qeyd edək ki, Liza Tomsen Azərbaycanda "Azərreyl” (2013/14) və "Lokomotiv” (2014/15) klublarında oynayıb. 34 yaşlı idmançı Azərbaycan çempionatının mükafatçısı olub.
{gallery preview_height=400 open_graph=0}2020-06-26/lis-1{/gallery}