“Qarabağ” Çempionlar Liqasında üzə çıxan komandalardandır".

Offsideplus.az xəbər verir ki, bunu "Napoli"nin baş məşqçisi Antonio Konte sabah keçiriləcək "Qarabağ"la Çempionlar Liqası oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisi haqqında bunları da deyib:

“Benfika” və “Çelsi”yə qarşı çox yaxşı oynadılar. Bu, heyətində çoxlu legioneri olan və onların kollektivə uğurla uyğunlaşdığı komandadır. Onların yüksək tempi və keyfiyyətli oyunçuları var".

Noyabrın 25-i eyni zamanda "Napoli"nin və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölüm ildönümüdür.

Konte qələbəni ona həsr etmək istəyir:

"Onun Neapol üçün nə qədər vacib olduğunu hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı".