AFFA-nın baş katibinin müavini Elçin Məmmədov "Qalatasaray"ın oyununda iştirak edəcək. 

Offsideplus.az xəbər verir ki, UEFA tərəfindən verilən təyinata əsasən o, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.