"Qarabağ" səfərdəki "Napoli" ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər bu tarixə qədər "iTicket.az" portalından onlayın bilet əldə edə bilərlər.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.