Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, mübarizəyə bu turdan başlayacaq olan "Fənərbağça"nın rəqibi məlum olub. "Sarı-lacıvərdlilər" bu mərhələdə "Feyenoord"la qarşılaşacaq.

"Fənərbağça" ilk matçı səfərdə (5-6 avqust), cavab qarşılaşmasını isə evində (12 avqust) oynayacaq.

Qeyd edək ki, İstanbul klubu sonuncu dəfə Çempionlar Liqasının əsas mərhələsində 2008/09 mövsümündə mübarizə aparıb.

III mərhələdəki bütün qarşılaşmalar belədir:

Çempionluq yolu:

RFS (Latviya)/ "Malmö" (İsveç) - "Kopenhagen" (DEN)/ "Drita" (KOS)

KuPS (Finlandiya)/ "Kayrat" (Qazaxıstan) - "Slovan"(Slovakiya)/ "Zrinski" (Bosniya Herseqovina)

"Lex" (Polşa)/ "Breydablik" (İslandiya) - "Linkoln" (Gibraltar)/ "Srvena Zvezda" (Serbiya)

"Riyeka (Xorvatiya)/ "Ludoqorets" (Bolqarıstan) - "Noa" (Ermənistan)/ "Ferentsvaroş" (Macarıstan)

"Hamrun" (Malta)/ "Dinamo" (Ukrayna, Kiyev) - "Pafos" (Cənubi Kipr)/ "Maccabi Təl-Əviv" (İsrail)

"Şkendiya" (Şimali Makedoniya)/ FCSB (Rumıniya) - "Şelburn" (İrlandiya)/ "Qarabağ" (Azərbaycan)

Liqa yolu:

"Brann" (Norveç)/ "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)

"Reyncers" (Şotlandiya)/ "Panatinakos" (Yunanıstan) - "Viktoriya Plzen" (Çexiya)/ "Servet" (İsveçrə)

"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

"Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə)