"Barselona"nın futbolçusu Rafinya Kriştiano Ronaldonun rekorduna şərik olub.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger "İnter"lı oyunda fərqlənərək cari mövsüm Çempionlar Liqasında 21-ci dəfə qol vurulmağında birbaşa iştirak edib - 13 qol, 8 assist.
Ondan öncə bu rəqəmə yalnız K. Ronaldu çata bilmişdi.
Rafinya "Barselona" finala yüksələ bilmədiyi üçün bu rekordu qıra bilməyəcək.